Əsas Səhifə > Dünya > İŞİD silahlıları əl-Ənbarda sünni qəbiləsinin 150 üzvünü edam ediblər

İŞİD silahlıları əl-Ənbarda sünni qəbiləsinin 150 üzvünü edam ediblər


30-10-2014, 09:44
İŞİD silahlıları əl-Ənbarda sünni qəbiləsinin 150 üzvünü edam ediblər
“İslam Dövləti” (İŞİD) terror təşkilatı İraqın əl-Ənbar əyaləti ərazisində sünni Bu-Nəmr qəbiləsinin 150 üzvünü kütləvi şəkildə edam edib.

SalamNews-un "Al Arabiya" telekanalına istinadla verdiyi xəbərə görə, onların cəsədləri əyalətin ər-Rəmadi şəhərinin şimalında aşkar edilən kütləvi məzarlıqda tapılıb.

Qeyd edək ki, İraqda sünni qəbiləsi üzvlərinin İŞİD tərəfindən kütləvi edamı ilk deyil, belə ki, bundan əvvəl Təşkilat Suriyanın Dirazzur əyalətində sünni Şuaytat qəbiləsinin təxminən 700 üzvünü kütləvi edama məruz qoyub.

Məlumata əsasən, İŞİD üzvləri əl-Ənbarda, Fərat çayı üzərində yerləşən Hit şəhəri ərazisində də 500 sünni ailəni mühasirəyə alıb və onlardan 46 nəfərini edam ediblər.

Hazırda İraq ordusu, könüllülərdən ibarət hərbi briqadalar və kürdlərin “Peşmərgə” qüvvələri ölkənin əl-Ənbar, Diyala, Səlahəddin, Neynəva, Kərkük, Bağdad və Babil əyalətləri ərazisində “İslam Dövləti”nə qarşı hərbi əməliyyatlar və döyüşlər aparırlar.


Geri qayıt