Əsas Səhifə > Dünya > Ukraynada ilk dəfə olaraq Rusiyanın barmağı olmadan hökumət qurulur

Ukraynada ilk dəfə olaraq Rusiyanın barmağı olmadan hökumət qurulur


28-10-2014, 09:11
Ukraynada ilk dəfə olaraq Rusiyanın barmağı olmadan hökumət qurulur
Oktyabrın 27-də Ukrayna prezidenti Petro Poroshenko hökumət koalisiyasının yaradılması üçün danışıqların birinci raundunu keçirib. Poroshenko baş nazir Arseniy Yatsenyuk və Lvov şəhərinin meri Andriy Sadovyi ilə görüşüb.

Parlament seçkilərinin ilkin nəticələri qərbyönlü partiyaların udduğunu göstərir. Oktyabrın 26-da keçirilmiş seçkinin bülletenlərinin 70 faizdən çoxu sayılıb. Poroshenko-nun bloku və Yatsenyuk-un partiyası hərəyə 21%-dən çox səs qazanıblar. Sadoviy-in avropayönlü Samopomich partiyası isə 13 faizlə 3-cü yerdədir.

Beynəlxalq müşahidəçilər seçkini alqışlayıb. Rusiya isə bu seçkinin “konstruktiv” hökumət qurulmasına və gərginliyin azalmasına gətirəcəyini bildirib.

Ukraynada bir illik siyasi çaxnaşma ölkənin şərqində rusiyayönlü separatçılarla münaqişə, Rusiyanın Krım yarımadasını anneksiyası ilə nəticələnib.

ABŞ prezidenti Barack Obama seçkini “Ukraynanın demokratik inkişafında daha bir mühüm hədəf” adlandırıb.

Geri qayıt