Əsas Səhifə > Dünya > Semkini udan Poroşenko yeni hökümətin formalaşdırılacağını deyib

Semkini udan Poroşenko yeni hökümətin formalaşdırılacağını deyib


27-10-2014, 10:03
Semkini udan Poroşenko yeni hökümətin formalaşdırılacağını deyib
Ukrayna prezidenti Petro Poroşenko qərbyönümlü partiyaların parlament seçkisini qazanmasını müsbət qiymətləndirib. Tezliklə yeni höküməti formalaşdırılacağını deyib.

Oktyabrın 26-da axşam saatlarında ölkənin on milli televiziyası ilə çıxış edən prezident bildirib ki, seçicilərin 75 faizindən çoxu “Ukraynanın Avropa yoluna güclü dəstək” verib.

“Exit-poll”arın nəticələrinə görə, prezidentin bloku birinci, baş nazir Arseniy Yatsenyuk-nun rəhbərlik etdiyi “Xalq Cəbhəsi” ikinci yerdə gəlir.

Poroshenko-nun sözlərinə görə, oktyabrn 27-də koalisiya danışıqlara başlayacaq və “Xalq Cəbhəsi” onların əsas tərəfdaşı olacaq.

Prezident konstitusiyada fundamental dəyişikliklər etmək üçün parlamentdə çoxluq təşkil edəcəklərinə ümid etdiyini bildirib.

Geri qayıt