Əsas Səhifə > Dünya > ABŞ flaqman gəmisi Gürcüstan limanında lövbər salır

ABŞ flaqman gəmisi Gürcüstan limanında lövbər salır


15-10-2014, 09:39
ABŞ flaqman gəmisi Gürcüstan limanında lövbər salır
ABŞ-ın Avropada mənzillənən 6-cı donanmasının flaqman gəmisi – "USS Mount Whitney" oktyabrın 14-də Batumidə lövbər salıb. Bu, həmin gəminin Gürcüstana üçüncü səfəridir.

Gəmi 2008-ci ilin sentyabrında Poti limanına humanitar yardım çatdırıb. Rusiya ilə beş günlük müharibədən sonra rus əsgərləri sahildən bu mənzərəni seyr ediblər. O zaman Rusiya siyasətçiləri gəminin silah gətirdiyini iddia edib.

"Mount Whitney" 2013-cü ilin noyabrında da Gürcüstana gəlib.

Bu dəfə gəminin Gürcüstan Sahil Qvardiyası ilə ənənəvi təlim keçirəcəyi, gəmiyə turların təşkil olunacağı gözlənir. Eləcə də yerli əhali üçün ictimai konsert veriləcək, yerli rəsmilər üçün qəbul olacaq. Məlumatı ABŞ-ın Tbilisidəki səfirliyi yayıb.

Geri qayıt