Əsas Səhifə > Dünya > İŞİD Kobaninin əksər məhəllələrini ələ keçirdiyini bəyan edib

İŞİD Kobaninin əksər məhəllələrini ələ keçirdiyini bəyan edib


9-10-2014, 12:03
İŞİD Kobaninin əksər məhəllələrini ələ keçirdiyini bəyan edib
Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Kobani şəhərinin “İslam Dövləti” (İŞİD) terror təşkilatı tərəfindən ələ keçirilməsi barədə təzadlı xəbərlər yayılmaqdadır.

SalamNews–un "əl-Cəzirə"yə istinadla verdiyi xəbərə görə, İŞİD mənbələri Təşkilatın Kobaninin əksər məhəllələrini ələ keçirdiyini, hazırda həmin məhəllələrdə "təmizləmə" əməliyyatlarının aparıldığını və tezliklə şəhərin ələ keçirildiyini açıqlayacağını bildiriblər.

Kürd və ABŞ mənbələri isə Kobaninin hələ də müqavimət göstərdiyini və şəhərə nəzarət olunduğunu söyləyiblər.

Bildirək ki, ABŞ və müttəfiq qüvvələri bu gecə də İŞİD-in Kobani ətrafındakı mövqelərinə aviazərbələr endiriblər. Lakin bu, terrorçuların irəliləməsinə mane olmayıb.

İŞİD Kobaninin əksər məhəllələrini ələ keçirdiyini bəyan edib
İŞİD Kobaninin əksər məhəllələrini ələ keçirdiyini bəyan edib
İŞİD Kobaninin əksər məhəllələrini ələ keçirdiyini bəyan edib
Geri qayıt