Əsas Səhifə > Dünya > Türkiyə kəşfiyyatı ölkədə terror aktları ilə bağlı məlumatlandırılıb

Türkiyə kəşfiyyatı ölkədə terror aktları ilə bağlı məlumatlandırılıb


7-10-2014, 11:14
Türkiyə kəşfiyyatı ölkədə terror aktları ilə bağlı məlumatlandırılıb
Türkiyə kəşfiyyatı “İslam Dövləti” terror təşkilatı yaraqlılarının ölkədə terror aktları törədəcəkləri ilə bağlı məlumatlandırılıb. Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı “Kanal7” telekanalı məlumat yayıb.

Telekanal xəbər verir ki, yaraqlılar Türkiyə parlamentinin oktyabrın 2-də ordudan İraqda və Suriyadakı hərbi əməliyyatlarda iştirakına icazə verən mandatı qəbul etməsindən sonra terror aktları törətməyi planlaşdırıblar.

Qeyd edək ki, bu günlərdə Türkiyə parlamenti ölkə SQ-nin xaricdə hərbi əməliyyatlarda iştirakına icazə verib.

Mandatın lehinə 396 deputatdan 298-i, əleyhinə isə 98-i səs verib.

Geri qayıt