Əsas Səhifə > Dünya > Qərbin İŞİD-ə qarşı yaratdığı koalisiyanın sırası genişlənir

Qərbin İŞİD-ə qarşı yaratdığı koalisiyanın sırası genişlənir


25-09-2014, 09:49
Qərbin İŞİD-ə qarşı yaratdığı koalisiyanın sırası genişlənir
Yunanıstan ekstremist qruplaşma olan İŞİD-ə qarşı beynəlxalq alyansda iştrak edəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə baş nazirin müavini və Yunanıstan Xarici İşlər Naziri Evanqelos Venizelosun müraciətində deyilir.

“Yunanıstan İŞİD-ə qarşı beynəlxalq alyansı alqışlayır. Ölkə koalisiyada siyasi səviyyədə, humanitar yardımın çatdırılması, eləcə də hərbi sahədə İraq Kürdüstanının silahlandırılmasında iştrak edəcək”- deyə ölkənin diplomatik ofisinin sənədində qeyd edilir.

Niderland hakimiyyəti isə İraqda İŞİD-ə qarşı NATO əməliyyatlarına 6 ədəd F-a6 qırıcıları göndərir. Bu barədə ölkə hakimiyyətinin rəsmi müraciətində qeyd olunur.

Geri qayıt