Əsas Səhifə > Dünya > Kliçko Rusiyanın yaratdığı separatçı qurumları tanıdı

Kliçko Rusiyanın yaratdığı separatçı qurumları tanıdı


20-09-2014, 11:17
Kliçko Rusiyanın yaratdığı separatçı qurumları tanıdı
Kiyev meri Vitali Kliçko açıqlamasında qondarma “Donbas və Luqansk Xalq Respublikaları”nı tərəf kimi səsləndirib.

Axar.az xəbər verir ki, onun bu cür yanaşması opponentlərində ciddi etiraz hissləri yaradıb.

Qeyd edək ki, jurnalistin, “Siz Donbas və Luqansk vilayətinin rəhbərliyi ilə hansı şəkildə dialoq qurmaq fikrindəsiniz”, - sualına cavabında Kliçko hər iki respublika ilə normal münasibətlərinin olduğunu dilə gətirib.

Xatırladaq ki, Ukraynadakı sonuncu inqilabın əsas simalarından olan məşhur peşəkar boksçu bu vaxtlar ərzində bəzi məsələlərə verdiyi açıqlamasında dəfələrlə ciddi yanlışlıqlara yol verib.


Geri qayıt