Əsas Səhifə > Dünya > Şotlandiyada referendumun son nəticələri

Şotlandiyada referendumun son nəticələri


19-09-2014, 09:10
Şotlandiyada referendumun son nəticələri
Şotlandiyada cümə axşamı günü Birləşmiş Krallığın bu hissəsinin gələcək taleyini həll edəcək referendum keçirilib.

ANS PRESS-in məlumatına görə,"Şotlandiya müstəqil ölkə olmalıdırmı?" – sualına seçicilər ya "Hə", ya da "Yox" cavabını veriblər.

Yerli vaxtla saat 7:00-da açılan seçki məntəqələri saat 22:00-da bağlanıb (Bakıda 02:00). Səsvermə başa çatıb və səslərin sayılması prosesinə başlanılılb.

Qeyd edək ki, seçkilərdə iştirak üçün 4 285 323 adam qeydiyyatdan keçib, bu isə seçicilərin 97 faizini təşkil edir. Rəsmi nəticələrin cümə günü səhər saatlarında elan olunacağı gözlənilir.

İndiyə qədər açıqlanan nəticələrə görə, ümumilikdə 178 811 nəfər (50,91 faiz) "Yox" kampaniyasını, 172 426 nəfər (49,09 faiz) isə "Hə" kampaniyasını dəstəkləyib.

Artıq səslər sayılan Renfruşir, İnverklayd, Klakmannşir, Vest-Ayls Orkni bölgələrində və Dandi şəhərində səs sayları tam hesablanıb və “yox” deyənlər üstünlük təşkil edib.

Bu arada Şotlandiya seçkiləri sosial şəbəkələrdə də ən çox danışılan mövzuya çevrilib.Burada ölkənin Britaniyadan ayrılmasının və tərkibində qalmasının tərəfdarları qızğın debatlar təşkil ediblər.



Tvitterdə ilk reaksiyalar
Baş nazirin müavini Nik Kleg: Şotlandiya xalqı səs verib. Ürəkdən ümid edirəm ki, onlar bizim xalqlar ailəsinin daxilində qalacaqlar. #indyref

SNP (Şotlandiya Milli Partiyası) rəhbər müavini Nicola Sturgeon: Vəssalam. Məntəqələr bağlanılıb. Demokratiya üçün nə qədər gözəl, emosional, ruhlandırıcı gün olub. İndi isə gözləyirik. #indyref

Şotlandiyada müstəqillik üzrə keçirilən referendum barədə son məlumatlar, exit-poll nəticələri və digər yeniliklərlə tanış olmaq üçün bizi izləməyə davam edin.


Şotlandiyada referendumun son nəticələri
Şotlandiyada referendumun son nəticələri
Şotlandiyada referendumun son nəticələri
Şotlandiyada referendumun son nəticələri
Şotlandiyada referendumun son nəticələri
Geri qayıt