Əsas Səhifə > Dünya > Suriya ordusu vəhabilərin komandirlərindən birini qətlə yetirib

Suriya ordusu vəhabilərin komandirlərindən birini qətlə yetirib


16-09-2014, 08:38
Suriya ordusu vəhabilərin komandirlərindən birini qətlə yetirib
"İslam dövləti" qruplaşmanın yaraqlıları bazar ertəsi Suriyanın şimal-şərqində Deyr əz-Zor şəhərindəki hərbi bazasına hücumları bərpa ediblər. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Livanın "əl-Mayədin" telekanalı xəbər verir.
"Əl-Mayədin"in məlumatına görə, islamçılar və suriya ordusu arasında güclü döyüşlər əl-Cabaliya, əl-Ərfi və suriya ordusunun hərbi aerodromunun yaxınlığında yenidən başlayıb. Hərbi toqquşmalar zamanı hökumət qoşunları yaraqlıların təchizatının əsas kanalı sayılan əl-Siyasiya şəhərindəki körpünü partlatmağa müvəffəq olublar, bu da islamçıların vəziyyəti ağırlaşdırıb.
Yaraqlılar sentyabrın əvvəlindən Hərbi Hava Qüvvələrinin bazasına hücum edirlər. Aerodrom ətrafında vəziyyət kəskin pisləşib.
Livan-Suriya sərhədindəki, Ersal dağlıq rayonunda, suriya ordusu "Cebhat ən-nüsra" qruplaşmasının yaraqlıları cəmləşdiyi yerlərə zərbə vurublar, nəticədə "nüsra"nın Əbu Ömər əl-Xomsi ləqəbli səhra komandiri qətlə yetirilib.

Geri qayıt