Əsas Səhifə > Dünya > Mosulda yezidi kürdlərin kütləvi məzarlığı tapıldı

Mosulda yezidi kürdlərin kütləvi məzarlığı tapıldı


10-09-2014, 12:09
Mosulda yezidi kürdlərin kütləvi məzarlığı tapıldı
İslamazeri.az-ın “Dunyabulteni”-nə istinadən verdiyi xəbərə görə, İraqın İŞİD terrorçuları tərəfindən işğal edilmiş Mosul şəhərində kütləvi məzarlıq aşkarlanıb.

Kürdistan Demokrat Partiyasının Mosul sözçüsü Said Memo, Peşmərgə qüvvələrinin Mosulun Zəmar bölgəsində 35 yezidinin olduğu kütləvi məzarlıq aşkarlandığını deyib. Cəsədlər geyimlərindən tanınıb.

Aşkarlanan məzarlıqda qadın, uşaq və gənc cəsədləri də olub. İŞİD-in avqust ayında bu cinayəti işlədiyi qeyd edilib.

Digər kütləvi məzarlıq isə “Əl-Humeydat” bölgəsində aşkarlanıb. İyun ayında Baduş həbsxanasından girov götürülən məhkumların cəsədləri burada basdırılıb.

Geri qayıt