Əsas Səhifə > Dünya > Bərzanidən İraqın yeni Baş nazirinə: ”Səhv buraxma!”

Bərzanidən İraqın yeni Baş nazirinə: ”Səhv buraxma!”


10-09-2014, 11:14
Bərzanidən İraqın yeni Baş nazirinə: ”Səhv buraxma!”
İraqın Kürdüstan bölgəsinin lideri Məsud Bərzani bu ölkənin yeni Baş naziri Heydər əl-Abadiyə səslənərək, keçmiş hökumət başçısı Nuri əl–Malikinin səhvlərini buraxmamağa çağırıb.

Axar.az-ın Kurdistan.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "BasNews" informasiya agentliyi məlumat yayıb.

Qeyd edilib ki, İraq parlamenti Baş nazır və yeni kabinetin üzvlərini təsdiqləndikdən sonra kürdlər mərkəzi hakimiyyətə daha bir şans verərək, yeni hökumətin işində iştirak edəcəklərinə söz veriblər.

Abadini təbrik edən Bərzani vurğulayıb ki, yeni Baş nazir İraq vətəndaşlarının hər birinə hörmətlə yanaşmalı və onların hüquqlarının qorunmasında diqqətli olmalıdır.

Kürd lider xatırladıb ki, hazırda ölkəni bürüyən terror dalğasının qarşısının alınması üçün əlverişli şərait yaranıb.

Geri qayıt