Əsas Səhifə > Dünya > Suriya aviasiyası İŞİD-ın mövqelərinə zərbələr endirdi

Suriya aviasiyası İŞİD-ın mövqelərinə zərbələr endirdi


6-09-2014, 12:19
Suriya aviasiyası İŞİD-ın mövqelərinə zərbələr endirdi
İŞİD mövqelərinə Suriya aviasiyası bir neçə şəhərdə zərbələr endirib

İslamazeri.az-ın “İtar-tass”-a istinadən verdiyi xəbərə görə, Suriya ordusu Fərat çayının şimalı hissəsində yerləşən İŞİD düşərgələrinə zərbələr endirib.

Bundan əlavə Deyr əz-Zor şəhərinin şimalında yerləşən Əl-Əşşar şəhərində yeləşən İŞİD hərbi düşərgəsinə endirilən zərbələr nəticəsində onlarla terrorçu məhv edilib. İraqla sərhəddə yerləşən Əbu-Kamal şəhərində yerləşən İŞİD komandanlığına da zərbələr endirilib.

Rəqqa şəhərinə Suriya ordusunun endirdiyi aviazərbələr nəticəsində 18 terrorçunun məhv edildiyi bildirilir. Rəqqadan 40 km məsafədə yerləşən Ət-Tabka hərbi bazasına endirilən zərbələr nəticəsində isə İŞİD düşərgəsi məhv edilib.

Geri qayıt