Əsas Səhifə > Dünya > İraq ordusunun əsgəri İŞİD-in kütləvi qətliamından möcüzəli şəkildə xilas olub

İraq ordusunun əsgəri İŞİD-in kütləvi qətliamından möcüzəli şəkildə xilas olub


4-09-2014, 10:33
İraq ordusunun əsgəri İŞİD-in kütləvi qətliamından möcüzəli şəkildə xilas olub
DİA.AZ: - Müsəlmanlara cəhənnəm yaşadan İŞİD terrorçularının əlindən möcüzəli şəkildə qurtulan İraq ordusunun əsgəri Əlinin başına gələnlər dünya mediasının əsas xəbərlərindən biridir. Bu barədə DİA.AZ "Independent"ə istinadən xəbər verir.

Məlumatlardan aydın olur ki, oyun ayının əvvəlində İraqın Tiqrit şəhərinə hücumlar zamanı əsir düşən İraq ordusunun əsgəri hərbi formada olmasa da, İŞİD-çilərin əlindən qurtula bilməyib.

O da digər əsirlər kimi toplu qətliam yerinə gətirilib və sadəcə olaraq ona açılan atəşin hədəfə dəyməməsi xilasına nədən olub.

Belə ki, saatlarca digər ölülərin yanında uzanaraq, özünü ölülüyə vuran iraqlı Əli nəhayətdə İŞİD-çilərin uzaqlaşdığını görərək, oradan qaça bilib.

"Independent" yazır ki, hazırda Əli tam təhlükəsiz şəraitdədir.
İraq ordusunun əsgəri İŞİD-in kütləvi qətliamından möcüzəli şəkildə xilas olub

Geri qayıt