Əsas Səhifə > Dünya > Ana müxalifət partiyası yeni baş nazirin qarşısında şərt qoydu

Ana müxalifət partiyası yeni baş nazirin qarşısında şərt qoydu


2-09-2014, 10:23
Ana müxalifət partiyası yeni baş nazirin qarşısında şərt qoydu
Türkiyənin yeni baş naziri Ərdoğandan fərqli olaraq, müstəqil bir şəxsiyyət olduğunu, dövləti idarə edəbiləcək gücə və ağıla sahib olduğunu göstərməlidir.

SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının lideri Kemal Kılıçdaroğlu bildirib.

"Hörmətli Davudoğlu AKP qurultayında "rüşvətxorluq edənlərin, lazım olarsa, əllərini qırarıq” demişdi. İndi korrupsiyaya bulaşanların təmizləmə prosesi başlayıb. Bu, əllərin qırıldığı deyil, əllərin öpüldüyü bir prosesdir. Prezident məhkəmə ilinin açılışına qatılmadı. Mərasimdə baş nazir, ümumiyyətlə hökuməti təmsil edən heç kim yox idi. Bu, doğru deyil. Məhkəmə siyasətçilərin at oynadabiləcəkləri bir sahə deyil. Mühakimə müstəqil və qərəzsiz olmalıdır. Əlbəttə, həmsöhbətimiz hökumət və baş nazirdir. Yeni baş nazir Ərdoğandan fərqli olaraq, müstəqil bir şəxsiyyət olduğunu, dövləti idarə edəbiləcək gücə və ağıla sahib olduğunu göstərməlidir. O, bunu ilk addımda göstərmədi. Məhkəmə ilinin açılışına gəlmədi. Niyə həmin mərasimə qatılmadı? Çünki hələ də birinin təlimatı altındadır. Ölkə isə təlimatla idarə edilməz!"

Geri qayıt