Əsas Səhifə > Dünya > Fələstin ərəbləri İsraillə daimi atəşkəs haqqında razılığa gəldi

Fələstin ərəbləri İsraillə daimi atəşkəs haqqında razılığa gəldi


27-08-2014, 12:30
Fələstin ərəbləri İsraillə daimi atəşkəs haqqında razılığa gəldi
Fələstin prezidenti Mahmud Abbas İsraillə Fələstin arasında daimi atəşkəs razılığına gəlindiyini açıqlayıb.

Avropa.info-nun məlumatına görə, Abbas atəşkəsin yerli vaxtla saat 19:00 da başlayacağını qeyd edib.

Digər tərəfdən İsrail tərəfi Misirin atəşkəsi qəbul etdiyini açıqlayıb.

Misirin paytaxtı Qahirədə aparılan müzakirələr müsbət nəticə verib. İsraillə Həmas uzunmüddətli atəşkəs razılığına gələ bilib. Həmas liderlərindən Əbu Mərzuk müzakirələrin sona çatdığını və atəşkəsə nail olduqlarını bəyan edib.

AFP xəbər agentliyi isə Qəzzada uzunmüddətli atəşkəs razılığına gəlindiyini xəbər verib. Atəşkəs xəbəri Qəzzaya hücumların 50-ci günündə gəlmiş oldu.

Bu müddət ərzində Qəzzada 2 min adam ölüb, 10 mindən çox isə yaralanan olub.

Atəşkəsi dəstəklədiyini açıqlayan ABŞ rəsmisi Con Kerri hər iki tərəfi də atəşkəs rejiminə əməl etməyə çağırıb.

Geri qayıt