Əsas Səhifə > Dünya > Ukrayna ordusu bir gündə 225 separatçını məhv etdi

Ukrayna ordusu bir gündə 225 separatçını məhv etdi


27-08-2014, 12:17
Ukrayna ordusu bir gündə 225 separatçını məhv etdi
Ukraynanın Qorlovka və İlovaysk şəhərləri yaxınlığında anti-terror qüvvələri separatçıların canlı qüvvə və texnikasını məhv edib.

Axar.az xəbər verir ki, bu barədə Anti-Terror Mərkəzindən məlumat verilib.

Məlumata görə, aparılan hərbi əməliyyat nəticəsində 225 terrorçu məhv edilib və çoxlu sayda zirehli texnika sıradan çıxarılıb.

“Avqustun 27-si saat 7:00-a olan məlumata görə, düşmənin 3 tankı, 1 zirehli döyüş maşını, 2 BM-21 “Qrad” qurğusu, 4 minaatan, 1 avtomobil və 1 9A52 “Smerç”i məhv edilib. Həmçinin, 225 terrorçu öldürülüb”, - mərkəzdən bildirilib.

Geri qayıt