Əsas Səhifə > Dünya > İŞİD vəhşiləri xeyli sayda qadın və uşağı diri-diri torpağa basdırıblar

İŞİD vəhşiləri xeyli sayda qadın və uşağı diri-diri torpağa basdırıblar


11-08-2014, 10:18
İŞİD vəhşiləri xeyli sayda qadın və uşağı diri-diri torpağa basdırıblar
"İslam Dövləti"nə (İŞİD) məxsus terrorçular İraqda 500 nəfəri kütləvi şəkildə qətlə yetiriblər.

SalamNews-un "Reuters" agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə İraq rəsmilərinin açıqlamasında bildirilir.

Məlumata əsasən, terrorçular xeyli sayda qadın və uşağı diri-diri torpağa basdırıblar.

İraqın insan haqları naziri Məhəmməd Şiə əl-Sudani təkfirçi təşkilatın bundan başqa törətdiyi bir sıra digər cinayətlərin də siyahısını təqdim edib. O deyib ki, qaçaraq canını qurtarmış bəzi yəzidi xristianların sözlərindən və onların əlinə keçən fotomateriallardan aydın olur ki, terrorçular ən azı 500 Sincar sakinini qətlə yetiriblər. Yəzidilərin doğma şəhəri olan Sincara soxulan İŞİD silahlıları qətlə yetirdikləri insanları kütləvi qəbiristanlıqlarda basdırıblar. 300 yəzidi qadın isə terrorçular tərəfindən əsir götürülüb.

Şahidlərin sözlərinə əsasən, Koca, Hatimiyyə və Qabuşi kəndlərində yaşayan təxminən 300 yəzidi ailəsi İslam dinini qəbul etməyə məcbur olunub.

BMT-nin iraqlı qaçqınlarla bağlı hesabatlarına əsasən, sayları 40 minə çatan yəzidi azlıqlar hazırda qida və içməli su çatışmazlığının hökm sürdüyü Sincar yüksəkliklərinə sığınıblar. Sayları 30 minə çatan digər məcburi köçkün qrupları isə İŞİD qətliamından qorunmaq üçün yüksək dağlıq ərazilərə qalxmağa məcbur olublar. Hazırda məcburi köçkünlərin əksəriyyəti ərzaq və qida ehtiyaclarını təmin etmək üçün təyyarələrlə göndərilən humanitar yardımları gözləmək məcburiyyətindədir. Aclıq və susuzluğun hökm sürdüyü çətin şəraitdə hər gün onlarla uşağın öldüyü bildirilir.


Geri qayıt