Əsas Səhifə > Dünya > Çində zəlzələdə 400-ə yaxın adam ölüb, 2 minə yaxın yaralı var

Çində zəlzələdə 400-ə yaxın adam ölüb, 2 minə yaxın yaralı var


4-08-2014, 11:16
Çində zəlzələdə 400-ə yaxın adam ölüb, 2 minə yaxın yaralı var
Çində baş verən 6 ballıq zəlzələdə 400-ə yaxın adam ölüb, 2 minə yaxın yaralı var.

Ölkə prezidenti Xi Jinpingin göstərişi ilə dağıntılar altında qalanları xilas etmək üçün 2500-dən çox hərbçi, polis, yanğınsöndürən səfərbər olub.

Zəlzələ baş verən Yunnan əyalətinə minlərlə yataq, çadır göndərilib.

Amma aramsız yağış və torpaq sürüşməsi evsiz qalan adamlara yardım çatdırmağı çətinləşdirib.

Yerli medianın xəbərinə görə, 12 mindən çox bina dağılıb, 30 mindən çox tikili zərər görüb.

Elektrik və telekommunikasiya xətləri sırada çıxıb.

Çinin cənubunda tez-tez zəlzələlər baş verir.

Geri qayıt