Əsas Səhifə > Dünya, Güney Press > Ayətullah Xamenei İsrailin məhvini hədəf kimi göstərdi

Ayətullah Xamenei İsrailin məhvini hədəf kimi göstərdi


24-07-2014, 10:06
Ayətullah Xamenei İsrailin məhvini hədəf kimi göstərdi
“Bu vəhşi rejimlə mübarizə İordan çayının qərb sahilinə də sirayət etməlidir.”

SalamNews-un Fars agentliyinə istinadla verdiyi xəbərə görə, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Xamenei deyib.

O, Tehranda ölkə təhsil ocaqlarının tələbləri ilə görüşü zamanı Qəzzada baş verənlərdən söz açaraq, İsraili kəskin tənqid atəşinə tutub: “İnsan təsəvvürünə sığmayan bu cinayətlər, vəhşi və körpə qatili olan bir rejiminin həqiqi simasıdır ki, bunun yeganə əlacı onun məhv olmasıdır. Əlbəttə, bunun üçün fələstinlilərin silahlı mübarizəsi İordan çayının qərb sahilinə də sirayət etməlidir. Qəzzədə baş verənlər, açıq və aydın şəkildə zorakı siyasətin göstəricisidir. Bu saxtakar və qeyri-qanuni rejim özünün 66 illik ömründə həmişə bu işlərə əl atıb və iftixar da edib. Bundan əlavə, ABŞ-ın və Qərbin siyonist rejiminin cinayətlərini biabırçı şəkildə müdafiə etməsi, bizim Qərb dünyasına baxışımız üçün mühüm təcrübə olmalıdır. ABŞ-ın əsl siması elə budur.”

Geri qayıt