Əsas Səhifə > Dünya > Rusiyanın növbəti hərbi texnikası Ukraynaya daxil oldu

Rusiyanın növbəti hərbi texnikası Ukraynaya daxil oldu


22-07-2014, 09:53
Rusiyanın növbəti hərbi texnikası Ukraynaya daxil oldu
Dünən gecə Luqansk vilayətinin Krasnodon rayonunda Rusiya tərəfdən hərəkət edən hərbi texnika karvanı müşahidə edilib.

Axar.az xəbər verir ki, hərbi karvan Bolşoye Suxodola rayonu istiqamətindən sərhədi pozaraq ölkəyə daxil olub.

Hərbi maşın karvanı ilə piyada və sursat daşıyan 24 URAl markalı yük maşınları hərəkət edib. Bundan başqa 20 tank və zirehli transportyor da karvanla Ukrayna ərazisinə daxil olub.

Hərbi maşın karvanı Luqansk istiqamətində hərəkət edib.

Geri qayıt