Əsas Səhifə > Dünya > İsrail Qəzzənin Şücaiyyə qəsəbəsində 72 fələstinlini qətlə yetirib

İsrail Qəzzənin Şücaiyyə qəsəbəsində 72 fələstinlini qətlə yetirib


21-07-2014, 09:45
İsrail Qəzzənin Şücaiyyə qəsəbəsində 72 fələstinlini qətlə yetirib
İsrail bombardmanlarının dünən Qəzzanın şərqindəki əş-Şucaiyyə qəsəbəsini bombalaması nəticəsində 72 fələstinli həlak olub və təqribən 400 nəfər yaralanıb.

SalamNews-un Əlcəzirəyə istinadla verdiyi xəbərə görə, əş-Şucaiyyə qəsəbəsində qətliam edilən fələstinlilər daxil olmaqla dünən 123 fələstinli İsrail ordusu tərəfindən öldürülüb. İsrailin iki həftə bundan əvvəl Qəzzəyə hücumu nəticəsində ölənlərin sayı isə ümumilikdə 472-nəfərdən çoxdur.

Qəzzədəki “əl-Qüds Briqadaları”ın sözçüsü Əbu Əhmədin sözlərinə görə, İsrailin topxanaları şənbə günündən etibarən bu qəsəbəni top atəşinə tutub və burada həla olanların sayı 100-ü keçə bilər.

Bu arada ABŞ Prezidenti Barak Obama İsrail baş naziri Benyamin Netenyaho ilə telefon bağlantısında olub və HƏMAS-ın raket zərbələrinə cavab olaraq, İsrailin cavab atəşi açmağda haqlı olduğunu deyib.

Telefon bağlantısı zamanı həmçinin ABŞ dövlət katibi Con Kerrinin Qəzzədə atəşkəsin brəpası istiqamətində bu gün Qahirəyə uçacağı bildirilib.

Geri qayıt