Əsas Səhifə > Dünya > İsrailin Qəzzaya təcavüzü nəticəsində həlak olanların sayı 307 nəfərə çatıb

İsrailin Qəzzaya təcavüzü nəticəsində həlak olanların sayı 307 nəfərə çatıb


19-07-2014, 10:24
İsrailin Qəzzaya təcavüzü nəticəsində həlak olanların sayı 307 nəfərə çatıb
İsrail ordusnunun Qəzzaya hücumunun 12-ci günündə İsrailin su, quru və havadan etdiyi hücumlar nəticəsində 307 fələstinli həlak olub.

SalamNews-un əl-Məyadinə istinadla verdiyi xəbərə görə, təkcə dünən axşamdan indiyə qədər İsrail ordusu Qəzzanın şimal və mərkəz hissəsinə 37 dəfə hücum təşkil edib.

Qəzzədə “əl-Qüds Briqadaları” İsrailin bir tankini vurduğunu və burada 3 İsrail əsgərinin yaralandığını bildirib.

İsrail mediyası yaralanan 3 əsgərin arasında bir zabitin olduğunu yazıb.

İsrailin Qəzzaya hücumunun qarşısını almaq üçün atılan siyasi addımlara bağlı Qətər Əmirinin Türkiyədə apardığı danışıqlara və səylər nəticəsiz qalıb.

Ekspertlərin fikrincə, hazırda Misirlə Türkiyə arasında vahid mövqeyin olmaması atəşkəsin bərpa edilməsinə maneə yaradan amillərdəndir.


Geri qayıt