Əsas Səhifə > Dünya > İsrail və Həmas Qəzzada atəşkəsə razılaşır

İsrail və Həmas Qəzzada atəşkəsə razılaşır


17-07-2014, 09:49
İsrail və Həmas Qəzzada atəşkəsə razılaşır
İsrail deyir ki, Qəzzada humanitar məqsədlə beş saatlıq atəşkəsə əməl edəcək. Doqquz gündür yaraqlıların raket hücumuna cavab verdiyini deyən İsrailin hava zərbələrindən 200 fələstinli və bir israilli həlak olub.

Həmas da atəşkəsə razılaşdığını bildirir. Fasilə BMT-nin xahişi ilə edilib. BMT «birtərəfli humanitar fasilə» istəyib.

İyulun 16-da Fələstin rəsmiləri deyib ki, İsrail mərmilərindən Qəzza şəhəri yaxınlığındakı çimərlikdə dörd fələstinli uşaq həlak olub.

ABŞ prezidenti Barack Obama iyulun 26-da bildirib ki, ABŞ zorakılığa son qoyacaq atəşkəsin əldə olunması üçün bütün diplomatik resurslardan istifadə edəcək.

Geri qayıt