Əsas Səhifə > Dünya > Ermənilər dilənçi kökündə yaşayır, ancaq deputatın üç təyyarəsi var

Ermənilər dilənçi kökündə yaşayır, ancaq deputatın üç təyyarəsi var


5-07-2014, 12:28
Ermənilər dilənçi kökündə yaşayır, ancaq deputatın üç təyyarəsi var
Əhalisinin yarıdan çoxunun yoxsulluq həddində yaşadığı Ermənistanda “Çiçəklənən Ermənistan” partiyasından deputat Qurgen Arsenyan milyonlarla dollarlıq əmlakını rəsmən bəyan edib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, parlament seçkiləri ərəfəsində o, Mərkəzi Seçki Komissiyasına əmlakı barədə bəyannamə təqdim edib və bu bəyannaməyə əsasən deputatın milyonlarla dollarlıq bank hesabı, hektarlarla torpağı, bir neçə mülki və üç təyyarəsi var.

Məlum olur ki, erməni deputat İrəvanda 7 daşınmaz əmlaka, habelə Gümrü və Armavirdə bir neçə obyektə malikdir. Bundan başqa onun “Zeyner CH-701STOL” markalı üç təyyarəsi, “Lexus LS600HL” markalı limuzini, “Range Rover” və “Prado” markalı cipləri, bir neçə şirkəti, nəşriyyatı və digər biznes aktivləri var. Arsenyanın bank hesablarında 2.7 milyon dollar, 21.4 milyon avro, 61 milyon dram pulu olduğu da göstərilib.

Geri qayıt