Əsas Səhifə > Dünya > Təhlükə hiss edən Amerika hava məkanına nəzarəti gücləndirir

Təhlükə hiss edən Amerika hava məkanına nəzarəti gücləndirir


3-07-2014, 10:15
Təhlükə hiss edən Amerika hava məkanına nəzarəti gücləndirir
ABŞ rəsmiləri bildirir ki, Avropa və Yaxın Şərqdə Birləşmiş Ştatlara birbaşa uçuşlar həyata keçirilən bəzi aeroportlarda təhlükəsizliyi gücləndirməyi planlaşdırırlar. ABŞ Daxili Təhlükəsizlik katibi Jeh Johnson iyulun 2-də «bir neçə günə» tədbirlərin həyata keçiriləcəyini bildirib, ancaq bunun hansı aeroportlara şamil olunduğunu deməyib.

Bu arada terrorçu qurumların aeroport təhlükəsizliyinə üstün gələcək yeni partlayıcılar hazırladığı barədə məlumatlar yayılıb.

Johnson deyib ki, Nəqliyyat Təhlükəsizliyi Administrasiyasına «ABŞ-a birbaşa uçuşlar həyata keçirən bəzi aeroportlarda təhlükəsizlik tədbirlərini gücləndirməyə» göstəriş verib.

Daxili Təhlükəsizlik Departamentinin adının çəkilməsini istəməyən rəsmisi deyib ki, həmin aeroportlar Yaxın Şərq və Avropada yerləşir.

Geri qayıt