Əsas Səhifə > Dünya > Rusiya Ukraynanı qan gölündə boğacağı ilə hədələyir

Rusiya Ukraynanı qan gölündə boğacağı ilə hədələyir


2-07-2014, 11:24
Rusiya Ukraynanı qan gölündə boğacağı ilə hədələyir
İyulun 2-də Berlində Ukrayna, Rusiya, Fransa və Almaniya xarici işlər nazirləri Ukrayna böhranını müzakirə edəcək. Bu barədə Fransanın diplomatik mənbələri məlumat yayıb.

Bu arada 10 günlük uğursuz atəşkəsdən sonra Ukrayna hökumət qüvvələrinin Rusiyayönlü separatçılara qarşı əməliyyatları bərpa etdiyi bildirilir.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukraynalı həmkarı Petro Poroshenko «Ukraynada döyüşləri başlamaq məsuliyyətini öz üzərinə götürüb».

Rusiya xarici işlər naziri Sergei Lavrov isə bildirib ki, Poroshenko-nun atəşkəsi uzatmamaq qərarı «Ukrayna dövləti üçün gözlənilməz nəticələri ola bilən qırğının yeni mərhələsinin başlanğıcıdır».

Xarici işlər naziri Lavrov bu barədə ABŞ Dövlət katibi John Kerry ilə telefon söhbəti zamanı deyib

DİA.AZ bildirir ki, bu arada Rusiyada gənclər təşkilatları Ukraynaya ultimatum yollayıblar. Ultimatumun mətnində deyilir ki, Poroşenkonun əmri ilə öldürülən hər bir rusa görə 10 ukraynalının qanı axıdılacaq.

Geri qayıt