Əsas Səhifə > Dünya > İspaniya parlamenti kralın dəyişməsinə yaşıl işıq yandırdı

İspaniya parlamenti kralın dəyişməsinə yaşıl işıq yandırdı


18-06-2014, 10:25
İspaniya parlamenti kralın dəyişməsinə yaşıl işıq yandırdı
İspaniya parlamentinin yuxarı palatası olan Senat iyunun 17-si axşam saatlarında kral Xuan Karlosun taxt-tacdan imtina etməsinə razılaşıb. “Media forum” saytının məlumatına görə, 233 senator kralın dəyişməsini dəstəkləyib, 5 nəfər bunun əleyhinə çıxıb, 20 nəfər bitərəf qalıb. Beləliklə, Xuan Karlosun oğlu Felipenin xeyrinə taxt-tacdan imtinası üçün maneə qalmayıb. Bu gün Xuan Karlos krallıqdan çəkildiyi barədə sənədi imzalayacaq, sabah isə şahzadə Felipe taxta çıxacaq.

1975-ci il noyabrın 22-dən krallıq edən Xuan Karlos iyunun 2-də taxt-tacdan imtina edib. İspaniya parlamentinin aşağı palatası iyunun 11-də buna xeyir-dua verib.

Geri qayıt