Əsas Səhifə > Dünya > Saakaşvili Putinin çirkin planlarını açdı

Saakaşvili Putinin çirkin planlarını açdı


14-06-2014, 10:37
Saakaşvili Putinin çirkin planlarını açdı
Rusiya prezidenti Vladimir Putin yay ərzində Ukrayna üzərində qələbə çalmağa cəhd edir.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynanın Espresso telekanalına müsahibəsində deyib.

“Putinin planı dəqiqdir. Biz bu mərhələni keçmişik. Putin üçün Ukrayna ölümcül təhdiddir. İndi yaydır. Ruslar Dünya Çempionatının, yay istirahətinin keçirildiyi vaxtda döyüşməyi sevirlər”, - deyə Saakaşvili bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə hazırlaşır: “Putin gözləyir ki, Kiyev şərqdən gələn qaçqınlarla dolsun və ölkədəki iqtisadi böhrandan yararlanaraq öz şərtlərini diktə etsin”.

Geri qayıt