Əsas Səhifə > Dünya > Putin Poroşenkoya separatçılarla danışmağı məsləhət gördü

Putin Poroşenkoya separatçılarla danışmağı məsləhət gördü


7-06-2014, 11:25
Putin Poroşenkoya separatçılarla danışmağı məsləhət gördü
Ukraynanın cənub-şərqində aparılan əməliyyatlar dərhal dayandırılmalıdır.

AzVision.az-ın məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Jurnalistlərə açıqlamasında bildirib.

Putin o cümlədən qeyd edib ki, Poroşenkonun bununla bağlı planı var, lakin bu planın nədən ibarət olduğunu onun özündən soruşmalısınız: “O, planla bağlı cəmi bir iki söz dedi, lakin bu barədə Fransada danışmaq ayrı, öz ölkəndə danışmaq isə ayrı məsələdir”.

Onun sözlərinə görə, Ukraynada hökuməti ölkədəki vəziyyəti sabitləşdirmək üçün Rusiya ilə deyil, Ukraynanın şərqindəki federallaşma tərəfdarları ilə aparılmalıdır.

Geri qayıt