Əsas Səhifə > Dünya, Güney Press > Poroşenkonun qələbəsinin möhürü basıldı

Poroşenkonun qələbəsinin möhürü basıldı


3-06-2014, 09:59
Poroşenkonun qələbəsinin möhürü basıldı
Ukraynanın Mərkəzi Seçki Komissiyası mayın 25-də keçirilmiş prezident seçkisinin nəticələrini təsdiqləyib. “Media forum” saytı xəbər verir ki, 54,7 faiz səs toplamış Pyotr Poroşenko Ukrayna prezidenti elan olunub. Pyotr Poroşenkoya seçkiyə gələn vətəndaşların 9 milyon 857 min 308 nəfəri səs verib.

Onun ən yaxın rəqibləri Yuliya Timoşenko yekunda 12,81 faiz, Oleq Lyaşko 8,32 faiz, Anatoli Qritsenko 5,48 faiz, Sergey Tiqipko 5,23 faiz səs alıb.

48 yaşlı Pyotr Poroşenko Kiyev Dövlət Universitetinin beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsini bitirib. Hüquq elmləri namizədidir.

1990-cı ildən Pyotr Poroşenko bizneslə məşğuldur. 1,3 milyard varidatla Ukraynanın 7-ci ən varlı adamıdır.

Pyotr Poroşenko Ukrayna parlamentinin deputatı (1998-2005 və 2006-2007), Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi (2005), Ukrayna Milli Bankı Şurasının sədri (2007-2012), Ukraynanın xarici işlər naziri (2009-2010), iqtisadi inkişaf və ticarət naziri (2012) olub. 2012-ci ildən Ali Radanın üzvüdür.

Geri qayıt