Əsas Səhifə > Dünya > Mursini damlayan Sisi prezidentliyini rəsmiləşdirdi

Mursini damlayan Sisi prezidentliyini rəsmiləşdirdi


29-05-2014, 10:01
Mursini damlayan Sisi prezidentliyini rəsmiləşdirdi
Misirdə president seçkisində keçid hökumətinin rəhbəri olan hərbçi Abdel Fatah al-Sisi qalib gəlib.

Bu barədə seçki komandasının üzvləri yazılı bəyanatlarında bildiriblər.

İki min seçki məntəqəsinin bağlanmasından sonra Sisi seçicilərin dördə bir faizinin səsini toplayıb.

Onun yeganə rəqibi Hadmin Sabakhi səslərin doqquzda birini toplaya bilib. Misirdə seçkinin baş tutması üçün seçicilərin dörddə bir faizi səsvermədə iştirak etməlidir. Reuters əməkdaşının bildirdiyinə görə, üç gün davam edən səsvermə zamanı seçki məntəqələrini gəzərkən vətəndaşların səsvermədə iştirakının aşağı səviyyədə olduğunu müşahidə edib.

Geri qayıt