Əsas Səhifə > Dünya, Güney Press > “Bizim sıralarımızda çeçenlər və ermənilər də var”

“Bizim sıralarımızda çeçenlər və ermənilər də var”


28-05-2014, 12:14
“Bizim sıralarımızda çeçenlər və ermənilər də var”
Ukraynanın Donetsk vilayətində fəaliyyət göstərən silahlı separatçı qruplaşmaların komandirlərindən biri, “Abver” ləqəbli Sergey Zdrilyuk çeçen silahlılarının onlara köməyə gəldiyini təsdiqləyib. APA-nın “Ukrinform”a istinadən verdiyi məlumata görə, S. Zdrilyuk Ukraynaya qarşı döyüşən silahlıların tərkibində ermənilərin də olduğunu bildirib: “Müxtəlif insanlar, çeçenlər, ermənilər, digər millətlərin nümayəndələri bizim sıralarımızdadır”.

“Abver” hökumət qüvvələrinin Donetskdə keçirdiyi antiterror əməliyyatı nəticəsində 100-ə yaxın terrorçunun öldürüldüyünü də təsdiq edib: “Hələ tam saymamışıq və hamısının meyitlərini götürə bilməmişik. Lakin təsdiq edirəm ki, ölənlər “Şərq” taborundandır”.

Geri qayıt