Əsas Səhifə > Dünya, Güney Press > Ukraynada son seçki sorğusu: Poroşenko tam önə çıxdı

Ukraynada son seçki sorğusu: Poroşenko tam önə çıxdı


21-05-2014, 10:25
Ukraynada son seçki sorğusu: Poroşenko tam önə çıxdı
Ukraynada üç aparıcı sosioloji xidmət qurumunun mayın 25-də keçiriləcək prezident seçkisi ilə bağlı rəy sorğusu açıqlanıb. Sosial və Marketinq Tədqiqatları Mərkəzi, Kiyev Beynəlxalq Sosiologiya İnstitutu və Reytinq Sosiologiya Qrupunun birgə keçirdiyi sorğuya bütün Ukraynanı (Krımı çıxmaqla) əhatə edən 6200 respondent qatılıb. Onların 82 faizi prezident seçkisində iştirak edəcəyini açıqlayıb.

“Media forum” saytının məlumatına görə, namizədlərin səs göstəriciləri belə olub:

Pyotr Poroşenko – 34%

Yuliya Timoşenko – 6,5%

Sergey Tiqipko – 5,8%

Oleq Lyaşko – 4,1%

Anatoli Qritsenko – 4%

Mixail Dobkin – 3,5%

Pyotr Simonenko – 2,2%.

Olqa Boqomolets – 1,9%

Oleq Tyaqnibok – 1,3%

Dmitri Yaroş – 0,6%

Andrey Qrinenko – 0,3%

Vadim Rabinoviç – 0,2%

Yuri Boyko – 0,1%

Valeri Konovalyuk – 0,1%

Renat Kuzmin – 0,1%.

Seçicilərin 23 faizi kimə səs verəcəyini hələ müəyyənləşdirməyib. Seçkidə iştirakını tam qətiləşdirənlər arasında hesablamalarda Pyotr Poroşenko 53,2%,Yuliya Timoşenko 10,1%, Sergey Tiqipko 8,8%, Oleq Lyaşko 6,3%, Anatoli Qritsenko 6,2% səs yığıb.

Geri qayıt