Əsas Səhifə > Dünya > Türkiyədə müxalif partiyanın üzvü mədəndəki faciə ilə əlaqədar deputat mandatından imtina etdi

Türkiyədə müxalif partiyanın üzvü mədəndəki faciə ilə əlaqədar deputat mandatından imtina etdi


19-05-2014, 12:45
Türkiyədə müxalif partiyanın üzvü mədəndəki faciə ilə əlaqədar deputat mandatından imtina etdi
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Səbahət Akkiraz ölkədə kömür mədənində baş vermiş faciə ilə əlaqədar etiraz əlaməti olaraq deputat mandatından imtina edib. Bu barədə Trend "Milliyyət" qəzetinə istinadən məlumat verir.

Qeyd edək ki, Manisa vilayətinin Soma şəhərindəki kömür mədənində baş vermiş partlayış nəticəsində 301 nəfər həlak olub və 486 işçi xəsarət alıb.

Geri qayıt