Əsas Səhifə > Dünya > Ukraynada meşədə səhərə qədər ağır döyüşlər gedib

Ukraynada meşədə səhərə qədər ağır döyüşlər gedib


15-05-2014, 10:15
Ukraynada meşədə səhərə qədər ağır döyüşlər gedib
Ukraynanın Kramatorsk şəhərində hərbi əməliyyatlar davam edir.

ANS PRESS-in məlumatına görə, Ukrayna hərbçiləri ilə separatçılar arasında döyüşlər gecəboyu davam edib. Məlumata görə, ukraynalı hərbçilər arasında ölən olmasa da yaralananlar var.

Hərbçilər Kramatorskun 30 km yaxınlığında meşəyə toplaşmış silahlıları zərərsizləşdirməyə çalışırlar. Helikopterlər meşə üzərindən uçuşlar həyata keçirirlər.

Meşədə çərşənbə axşamı günü ukraynalı desantçıları tələyə salaraq onlardan 6-sını öldürərək bir zirehli texnikanı yandıran terrorçuların olduğu bildirilir.

Geri qayıt