Əsas Səhifə > Dünya > Pakistandan İrana hücum: 4 nəfər öldürülüb

Pakistandan İrana hücum: 4 nəfər öldürülüb


11-05-2014, 11:12
Pakistandan İrana hücum: 4 nəfər öldürülüb
İran-Pakistan sərhədində silahlı qarşıdurma olub.

İranın “Mehr” xəbər agentliyinin məlumatına görə, insident ötən gecə İran sərhədçiləri ilə bir qrup silahlı şəxs arasında baş verib. Nəticədə 4 silahlı öldürülüb, 8 nəfər yaralanıb, 1 nəfər isə həbs edilib. Yaralılar Pakistana qaçmağı bacarıblar.

İran tərəfi heç bir itki vermədiyini açıqlayıb.

Qeyd edək ki, son vaxtlar İran-Pakistan sərhədində tez-tez silahlı qarşıdurmalar baş verir.

Geri qayıt