Əsas Səhifə > Dünya > Obamanın bibisi İslami üsullarla dəfn olundu

Obamanın bibisi İslami üsullarla dəfn olundu


7-05-2014, 09:16
Obamanın bibisi İslami üsullarla dəfn olundu
ABŞ prezidenti Babark Obamanın bibisi Zeitun Onyanqo vəfat edib.

ANS PRESS-in xarici mətbuata istinadən verdiyi xəbərə görə, xanım Onyanqo islami üsullara uyğun olaraq dəfn olunub.

Məlumata görə, Zeitun Onyanqo 2000-ci illərdə vətəni Keniyadan ABŞ-a getmiş, 2004-cü ildə onun bu ölkədən sığıncaq tələbi qəbul edilməmişdi.

Ölkədə qeyri-leqal qalmağa davam edən Onyanqo Bostonda dövlətin kasıblar üçün tikdirdiyi müvəqqəti sığınacaqda yaşayıb.

Barak Obamanın atasının ögey bacısı olan Onyanqo 2008-ci ildə keçirilən prezident seçkisi ərəfəsində gündəmə gəlmişdi.

Yaşlı qadının sığınacaq tələbi isə ancaq 2010-cu ildə qarşılanmışdı.

Geri qayıt