Əsas Səhifə > Dünya > Krımın gənc prokuroru Krım tatarlarını hədələdi

Krımın gənc prokuroru Krım tatarlarını hədələdi


5-05-2014, 11:21
Krımın gənc prokuroru Krım tatarlarını hədələdi
Krımın gənc prokuroru Natalya Poklonskaya Krım tatarlarına xəbərdarlıq edib.

Avropa.info-nun xarici KİV-ə istinadən məlumatına görə, N.Poklonskaya Krım tatarları Məclisinin fəaliyyətini qadağan etməklə hədələyib.

Prokuror Krım tatarlarının Məclisinin lideri Rufar Çubarovla görüşərək, onları ekstrimist fəaliyyət gösətrməkdə ittiham edib. Prokuror deyib ki, əgər onlar fəaliyyətlərində dəyişiklik etməzlərsə, o zaman Krım tatarlarının Xalq Məclisi ləğv ediləcək və Rusiya ərazisində bu qurumun fəaliyyəti qadağan olunacaq.
Buna səbəb isə Krım tatarlarının Mustafa Cəmil Krımoğlunun öz doğma yurduna buraxılmamasına etiraz etmələridir.

Geri qayıt