Əsas Səhifə > Dünya > Panamada prezident seçkisini müxalif namizəd uddu

Panamada prezident seçkisini müxalif namizəd uddu


5-05-2014, 09:20
Panamada prezident seçkisini müxalif namizəd uddu
Mərkəzi Amerika ölkəsi Panamada mayın 4-də keçirilmiş prezident seçkisinin ilkin nəticələri açıqlanıb. “Media forum” saytı xəbər verir ki, seçki yarışından müxalif Panama Partiyasının lideri Xuan Karlos Varela qalib çıxıb. Onun 39,15% səslə öndə olduğu bildirilir.

Hakim Demokratik İslahatlar Partiyasının namizədi Xose Dominqo Arias 32,07%, İnqilabçı Demokrat Partiyasından Xuan Karlos Navarro 27,47% səs yığıb.

Geri qayıt