Əsas Səhifə > Dünya > Əfqanıstanda dəhşətli terrorun qarşısı alındı

Əfqanıstanda dəhşətli terrorun qarşısı alındı


22-04-2014, 10:41
Əfqanıstanda dəhşətli terrorun qarşısı alındı
Əfqanıstanın şimalında yerləşən Şibirqan şəhərində 3 terrorçu-kamikadze yaxalanıb. Yerli jurnalist Sait Sadayın Lent.az-a verdiyi məlumata görə, terrorçuların hərəkət etdiyi motosikl saxlanılıb. Motosikldan xeyli partlayıcı maddə tapılıb.

İlkin araşdırmalara görə, onlar yaxınlıqdakı hərbi hissəyə hücum planlaşdırıbmış. Həmkarımızın dediyinə görə, terrorçuları yerli sakinlər saxlayıblar. Partlayış baş tutacağı təqdirdə isə Şibirqrana şəhərinin bir neçə məhəlləsi dağıntı altında qala bilərmiş.

Geri qayıt