Əsas Səhifə > Dünya, Güney Press > Berluskoni qocalar evində cəza çəkməkdən məmnundur

Berluskoni qocalar evində cəza çəkməkdən məmnundur


18-04-2014, 09:46
Berluskoni qocalar evində cəza çəkməkdən məmnundur
İtaliyanın sabiq baş naziri Silvio Berluskoni qocalar evində cəza çəkməkdən məmnun olduğunu bildirib. Berluskoni qeyd edib ki, yaşlı insanlara, ehtiyacı olan insanlara həmişə yardım etməyə çalışıb və indidən sonra da bu xüsiyyətinə sadiq qalacaq.

"Mən qərara hörmətlə yanaşacam. Baxmayaraq bu, ədalətsiz bir qərar idi. Ehtiyacı olan insanlara kömək etmək isə, həmişə sevdiyim və gördüyüm iş olub" - deyə Berluskoni əlavə edib.

İtaliyanın kassasiya məhkəməsi ötən ilin avqust ayında Berluskonini vergidən yayınmaqda ittiham edərək ona 4 il azadlıqdan məhrumetmə cəzası vermişdi. Lakin daha sonra Berluskoninin cəzası 1 olmaqla ev həbsi ilə əvəz olundu. Bir qədər əvvəl isə, Milan məhkəməsi Berluskoninin cəzasını qocalar evində çəkməsinə qərar vermişdi.

Qərarda Berluskoninin həftədə bir dəfə 4 saat olmaqla qocalara xidmət edəcəyi göstərilir.

Geri qayıt