Əsas Səhifə > Dünya > Suriyada NƏ BAŞ VERİR?

Suriyada NƏ BAŞ VERİR?


2-12-2024, 16:40
Suriyada NƏ BAŞ VERİR?
Əsəd rejimini ayaqda saxlayan İran və Rusiyanın dəstəyidir, bu məlum faktdır. Belə çıxır ki, bu dəstək əbədiyyətə qədər davam etməlidir ki, rejim öz davamlığını qoruya bilsin. Ancaq Rusiya və İranın fərqli problemləri var, biri Ukraynada savaşır, digəri İsraillə qarşıdurma içərisindədir. “Məni darda qoymayın” deyən Əsəd Tehrana və Moskvaya əlavə yükdür.

Əsəd rejimi Tehrana ona görə lazımdır ki,

1)Suriya ərazisindən “Hizbullah”la əlaqə qırılmasın;
2)hakimiyyət fərqli qüvvələrin nəzarətinə keçməsin.

Əsəd rejimi Moskvaya ona görə lazımdır ki,

1)Rusiya Yaxın Şərqdə yeganə hərbi bazasını isirməsin;
2)hakimiyyət müxalif qüvvələrin əlinə keçməsin,

əks halda Moskva ilə strateji tərəfdaşlığa son qoyulacaq.

Əsəd iki tərəfdaşını məhz bu amillərlə şantaj edir ki, dəstəyi zəiflətsəz, mövqelərinizi itirəcəksiniz.

Elxan Şahinoğlu - "DİA-AZ"

Geri qayıt