Əsas Səhifə > Dünya > İsrail ABŞ ilə Suriya və ya Yəməndə SEPAH-a zərbə endirmək imkanını müzakirə edir

İsrail ABŞ ilə Suriya və ya Yəməndə SEPAH-a zərbə endirmək imkanını müzakirə edir


Bu gün, 08:18
 İsrail ABŞ ilə Suriya və ya Yəməndə SEPAH-a zərbə endirmək imkanını müzakirə edir
İsrail İranın raket hücumlarına cavab olaraq Suriya və ya Yəməndə Tehranın dəstəklədiyi birləşmələrə və ya birbaşa İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələrinə zərbələr endirə bilər.

APA xəbər verir ki, bu barədə ABŞ administrasiyasındakı mənbələrə istinadən “Politico” qəzeti məlumat yayıb.

"Co Baydenin köməkçiləri qeyd ediblər ki, Birləşmiş Ştatlar İranın hücumuna cavab tədbirləri ilə bağlı İsraillə fəal şəkildə məşğuldur, buna hərbi zərbə də daxil ola bilər. Digər məsələlər arasında İranın Yəmən və ya Suriyada dəstəklədiyi qruplara və ya birbaşa SEPAH-a hücum ehtimalı nəzərdən keçirilir.”, - qəzet mənbələrə istinadən yazır.

Qəzet qeyd edir ki, ABŞ administrasiyası məhdud reaksiyanın tərəfdarıdır. Eyni zamanda prezidentin regiondakı hadisələrə təsirinin əhəmiyyətli dərəcədə azaldıla biləcəyi vurğulanır.

Geri qayıt