Əsas Səhifə > Dünya > “ArBat” Ukraynaya qarşı: ermənilər indoneziyalı “könüllüləri” Donetskə aparır

“ArBat” Ukraynaya qarşı: ermənilər indoneziyalı “könüllüləri” Donetskə aparır


29-08-2024, 06:54
“ArBat” Ukraynaya qarşı: ermənilər indoneziyalı “könüllüləri” Donetskə aparır
“Onbeş” beynəlxalq briqadasına daxil olan “ArBat” erməni bölməsi İndoneziyadan “könüllülər”in qrupa cəlb olunduğunu elan edib. Muzdlu əsgərlər Ukraynanın işğal olunmuş ərazilərində təlim keçəcəklər, sonra döyüşə girəcəklər. "Artıq bir sıra yerli sakinlər var ki, onlar Donetsk Xalq Respublikasına (separatçı rejim - red) getməyə, bizim təlimatçılarla təlim keçməyə və əllərində silahla döyüşməyə hazırdırlar", - bölmənin “Telegram” kanalında deyilir. Yazı indoneziyalıların bölməyə tərif şüarı səsləndirdiyi video ilə müşayiət olunur.

Rusiya mediası yazıb ki, “ArBat” 2022-ci ilin sentyabrında yaradılmış xüsusi təyinatlı dəstədir və hücum mobil qrupudur. Ona “Abrek” çağırış işarəsi olan keçmiş “Vaqner” muzdlu döyüşçüsü Hayk Qasparyan komandirlik edir. 1 iyul 2023-cü ildə bölmə rəsmi olaraq Rusiya Müdafiə Nazirliyinin tərkibinə daxil olub. İndi Kursk vilayətində “ArBat” döyüşçüləri də döyüşürlər.

Bölmənin təsisçisi Armen Sarkisyandır. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) məlumatına görə, bu, Donetsk vilayətindən olan “Qorlovski” ləqəbli kriminal ünsürdür. O, qaçaq olan sabiq Prezident Viktor Yanukoviçin ailəsi ilə əlaqəli olub və Maydana qarşı çıxan qüvvələrin təşkilatçısı adlandırılırdı. 2014-cü ildən Sarkisyan Ukraynanın tələbi ilə beynəlxalq axtarışa verilib.

Mart ayında Rusiya Müdafiə Nazirliyi İndoneziyadan olan azı 10 muzdlu əsgərin Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşdüyünü açıqlamışdı. Öz növbəsində, İndoneziya Xarici İşlər Nazirliyi heç vaxt belə bir məlumat almadığını və "bu məlumatın əlavə öyrənilməsini tələb etdiyini" bəyan etmişdi.

İndoneziya Milli Ordusunun spikeri, general-mayor Nuqraha Qumilar isə vurğulayıb ki, onun hərbi qulluqçuları Ukraynada döyüşə bilməz, çünki muzdluların fəaliyyəti qanunsuzdur.

“Ordu ölkənin suverenliyini, ərazi bütövlüyünü, eləcə də bütün xalqı qan tökməkdən qorumağa çağırılır. Muzdlu fəaliyyət əsgərlərimizin sadalanan üç vəzifəsinin heç birinə aid deyil”, - deyə Qumilar vurğulayıb.

Bununla yanaşı, Rusiyanın Hindistan vətəndaşlarını müharibəyə cəlb etdiyi məlumdur. Onlar aldadılıb, yüksək maaş və “köməkçi işdə” iştirak etdiklərinə görə Rusiya pasportu vəd edilib, Moskvaya çatan kimi cəbhəyə göndəriliblər. Baş nazir Narendra Modi şəxsən vəziyyətə müdaxilə edib, bundan sonra Rusiya Prezidenti Vladimir Putin ona bütün belə muzdluları azad edəcəyini vəd etmişdi.

Ötən ilin sonlarında Hindistan və Çinlə həmsərhəd olan Nepalın ən azı 200 vətəndaşının Rusiya ordusuna cəlb olunduğu bildirilirdi. Daha sonra onlardan ən azı 14-ü Ukraynada dünyasını dəyişib. Bu barədə xarici işlər naziri Prakaş Saud bildirib. Ölkə Moskvadan müharibədə qalan nepallıları dərhal tərxis etməyi və onları, həmçinin həlak olan və yaralananları vətənlərinə qaytarmağı tələb etdi.

Bu çağırış isə işə götürənlərin həbsinə və nepallılara Rusiyada iş icazəsinin verilməsinin dayandırılmasına səbəb olub. Bundan əvvəl Rusiya ordusu tərəfində Somali, Suriya, Kuba və Çindən olan muzdluların da müharibədə iştirak etdiyi bildirilirdi. Eyni zamanda, Moskva serbləri də “könüllü” qismində müharibəyə cəlb edir.

AYNA.az
Geri qayıt