Əsas Səhifə > Dünya > “Pavel Durov Bakıda Putinlə görüşmədi, amma Xəzər sahilində günəş vannası qəbul etdi...”

“Pavel Durov Bakıda Putinlə görüşmədi, amma Xəzər sahilində günəş vannası qəbul etdi...”


27-08-2024, 09:58
“Pavel Durov Bakıda Putinlə görüşmədi, amma Xəzər sahilində günəş vannası qəbul etdi...”
“Azərbaycandan qayıdan Birləşmiş Ərəb Əmirliklərində daimi məskunlaşmış Fransa vətəndaşı Pavel Durov niyə məhz Fransada saxlanılıb? Mümkün (artıq çoxlu) cavablar arasında Parisin fikrincə bu səs-küylü, cinayət işinin səbəblərindən, belə demək mümkünsə, “Azərbaycan” fərziyyəsini istisna etməzdim”.

Moderator.az xəbər verir ki, bunu sosial şəbəkələrdə rusiyalı politoloq Arkadi Dubnov yazıb.

“Xatırlamaq lazımdır ki, son dövrlər Fransa ilə Azərbaycan arasında münasibətlərdə xüsusi “kimya”nın yaranması ilə yadda qalıb. Bakı Fransa ilə Ermənistan arasında sıx hərbi-siyasi münasibətlərin qurulmasından hədsiz narahatdır ki, bu da bu ölkələrlə Fransanın ən böyük erməni icmalarından biri arasında tarixi bağlılığı nəzərə alsaq, təəccüblü deyil.

Azərbaycan buna cavab olaraq Fransanın dənizarxası ərazilərinin - Yeni Kaledoniya, Qvadelupa, Karib və Antil adalarının müstəqilliyi uğrunda hərəkatların mentoru və əlaqələndiricisi rolunu öz üzərinə götürdü... Fransa hakimiyyəti bu dəstəyə görə çox qəzəbləndi və hətta Bakını Yeni Kaledoniyada baş verən son iğtişaşlarda əli olmaqda ittiham edib. Amma Parisi iyulda Bakıda fransız “neokolonializmi”nə qarşı mübarizə aparan 15-dən çox partiya və hərəkatın qurultayının keçirilməsi xüsusilə narahat edirdi...

“Telegram”ın qurucu atasının Putinlə görüşmədiyi, lakin Xəzər dənizinin sahillərində günəş vannası qəbul edə bildiyi Azərbaycanda üç həftə qalması Fransa kəşfiyyat xidmətlərində messencerin əli çatmayan yerdə anti-neokolonial və həqiqətən də Azərbaycandandan yönləndirilən anti-fransız hərəkatının bəzi funksiyalarıyla bağlı mümkün rolu ilə bağlı suallar yarada bilər”, - deyə Dubnov vurğulayıb.

Geri qayıt