Əsas Səhifə > Dünya > Livan-İsrail savaşı başlayır?

Livan-İsrail savaşı başlayır?


28-07-2024, 08:31
Livan-İsrail savaşı başlayır?
İran həmişə regionda gərginliyin azaldılmasına çalışır və müharibə istəmir.

Axar.az xəbər verir ki, bu sözləri İranın Livandakı səfiri Müctəba Amani mümkün İsrail-Livan müharibəsi haqda danışarkən deyib.

O bildirib ki, buna baxmayaraq, İran və müqavimət qüvvələri müharibədən qorxmur və müqavimət bütün gücü və imkanları ilə İsrailin qarşısına çıxsa, Təl-Əviv başına nə gələcəyini təsəvvür belə edə bilməz.

Qeyd edək ki, Livandan atılan raket Qolan təpələrindəki Məcdəl-Şəms yaşayış məntəqəsində stadiona düşüb, nəticədə 9 nəfər ölüm, 30 nəfər yaralanıb.

İsrailin buna cavab verəcəyi gözlənilir.
Geri qayıt