Əsas Səhifə > Dünya > Vuçiç “fəlakət” deyərkən məhz bunu nəzərdə tutub

Vuçiç “fəlakət” deyərkən məhz bunu nəzərdə tutub


19-06-2024, 17:12
Vuçiç “fəlakət” deyərkən məhz bunu nəzərdə tutub
Serbiya Prezidenti Aleksandr Vuçiç “Ukraynadakı müharibəyə görə dünya əsl fəlakətə yaxınlaşır” xəbərdarlığında haqlıdır. Rusiya-Ukrayna müharibəsi üçüncü ilinin yarısını keçib və bu müddətdə bu və ya digər şəkildə müharibəyə qoşulanların sayı artıb. Rusiya özününkülərlə yanaşı İran və Şimali Koreyadan aldığı dron və raketlərlə Ukraynanı vurur, Ukrayna isə ABŞ və Avropa ölkələrindən aldığı mərmi və raketlərlə Rusiyanın hərbi və enerji məntəqələrinə zərbələr endirir, bəzən mərmilər başqa dövlətlərin ərazilərinə keçir, hərbi təyyarələr isə sərhədləri pozurlar. İsveçrədəki Sülh Forumunun böyük faydası olmadı, müharibə tam şiddəti ilə davam edir. Nüvə dövlətləri bir-birinə qarşıdırlar və bir gün hansınınsa səbri daşaraq düyməyə basa da bilər. Dünya tarixində oxşar təhlükə 1962-ci ildə Karib böhranı zamanı yaşanmışdı, SSRİ və ABŞ nüvə müharibəsinin bir addımllığına qədər yaxınlaşmışdılar. İndiki durum Karib böhranından da təhlükəli həddə çatıb. Karib böhranı cəmi 13 gün çəkdi, Ukrayna müharibəsi isə dördüncü ilinə yaxınlaşır. Ukrayna müharibəsində Rusiya və Qərb ancaq qələbə barədə düşünürlər, geriyə yolları yoxdur. Vuçiç “fəlakət” deyərkən məhz bunu nəzərdə tutub.

Orxan TUNCƏR - Dia-az.İnfo

Geri qayıt