Əsas Səhifə > Dünya > Ukraynada orduya könüllülərin axını başladı

Ukraynada orduya könüllülərin axını başladı


18-03-2014, 11:39
Ukraynada orduya könüllülərin axını başladı
Ukraynanın hərbi komissarlığında orduya yazılmaqla bağlı uzun növbə yaranıb.

Avropa.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, rus qoşunlarının Krımı işğalından sonra gənclər kütləvi surətədə könüllü olaraq hərbi komissarlıqlara gələrək orduda xidmət etmək üçün müraciət edirlər.

Artıq hərbi komissarlıqda uzun növbələr yaranıb. Hərbi komissarlıqlara oğlanlarla yanaşı, gənc xanımlar və yaşlı kişilər də müraciət edərək vətəni qorumağa hazır olduqlarını bəayn edirlər.

Geri qayıt