Əsas Səhifə > Dünya > İsrailin Rəisinin ölümündə əli olması ehtimalı yoxdur

İsrailin Rəisinin ölümündə əli olması ehtimalı yoxdur


21-05-2024, 10:14
İsrailin Rəisinin ölümündə əli olması ehtimalı yoxdur
"İran prezidenti İbrahim Rəisinin ölümündə İsrailin əli olduğuna şübhə etmək üçün əsaslar var". Bu barədə The Economist yazır.
Onun qətlinin birmənalı müharibə aktına və Tehranın sərt reaksiyasına səbəb olacağı qeyd edilir.

“İranın bir çox mühüm siyasi qərarlarında faktiki olaraq həlledici söz sahibi olmayan bir siyasətçini öldürmək axmaqlıq olardı”,-- nəşr vurğulayır.

“The Economist” yazır ki, Rəisinin ölümündə daxili düşmənlərinin də iştirakını istisna etmək olmaz.

İsrail öz növbəsində dünyaya bəyan edir ki, prezident Rəisinin helikopterinin qəzaya uğramasında rolu yoxdur.

The New York Times isə bildirir ki, helikopter qəzası Yaxın Şərqdə münaqişənin genişlənməsi qorxusu fonunda baş verib.

AzVision.az

Geri qayıt